Peruda Amazon meşələrinin dərinliklərində yaşayan Matses qəbiləsinin adət-ənənələri görənləri təəccübləndirir. Foodinfo.az xəbər verir ki, Amazonun ən qədim qəbilələrindən olan Matsesdəki qadınların ən diqqət çəkən xüsusiyyətləri bığlarının olmasıdır. ''Demuz'' adı verilən bığlar xurma ağacının incə liflərindən hazırlanır. Üstəlik həmin qadınlar daha da gözəl görünmək üçün döymə etdirirlər. Qəbiləni ziyarət edən rusiyalı macərapərəst Aleksey Kolbov maraqlı fotolar çəkib. Fotolarda uşaqların üzlərinə qırmızı boya çəkilib. Qəbilənin inancına görə qırmızı rəng insana güc verir. Matses qəbiləsindən olan insanların fərqli görünüşü onları digər qəbilələrin hücumundan qoruyur. Aleksey Kolbovun dediklərinə görə bu qəbilədə ölən insanların bədən üzvləri digərləri tərəfindən yeyilir. İnanca görə insan əti yemək Matseslərin qədim adət-ənənələridir və onlar düşünür ki onlar ölü əti yeməklə əcdadlarının ruhunu içlərinə çəkirlər. Buna baxmayaraq qəbilə canlı insan əti yemir. (Ölkə.az)