Cəmi bir neçə vərdiş asanlıqla oyanmağınıza kömək edəcək və hətta daim erkən qalxmaq lazım olsa belə, sizi bütün gün enerjili saxlayacaq.
Foodinfo.az həmin vərdişləri təqdim edir.
Oyanmaq. Hər səhər eyni vaxtda oyanın ki, vücudunuz bu rejimə alışsın. Bundan əlavə, əgər erkən qalxsanız, tələsmədən hazırlaşıb yaxşı səhər yeməyi edə bilərsiniz.
İdman. Səhər yoqa, dartınma və ya idman üçün ən yaxşı vaxtdır. Bu sizin cəmi 5-15 dəqiqənizi alacaq.
Su prosedurları və səhər yeməyi. Səhər yeməyi qidalı və balanslı olsa, daha yaxşıdır. Bu halda bir saat sonra yenidən nə isə atışdırmağa ehtiyac qalmayacaq. Həmçinin, tələsməmək və günün ilk yeməyindən həzz almaq vacibdir.
Günlük planlar. İdman və səhər yeməyindən sonra bu gün nə edəcəyinizi düşünün və plan tərtib edin. Bu zaman mütləq gün ərzində istirahət vaxtını da nəzərə alın.
İnternet və sosial şəbəkələr. Yaxşı olar ki, oyandıqdan dərhal sonra sosial şəbəkələrə baxmayasınız və gün üçün plan hazırladıqdan sonra smartfon və ya planşetinizi əlinizə götürəsiniz.
Şəxsi vərdişlər. Səhər ən çox sevdiyiniz fəaliyyətə vaxt ayırın. Məsələn, meditasiya, bir fincan qəhvə, kitab oxumaq kimi vərdişlər gün ərzində əhvalınızı yüksəldəcək.