Oktyabr 7-də gün ərzində Xətai rayonunun Lütfi-zadə (keçmiş Telnov), Seyid Əzim Şirvani, Əliağa Şıxlinski, Səmədbəy Mehmandarov, İnqilab İsmayılov küçələrinə, Gəncə prospekti, Nəsrəddin Tusi və Şirvani küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq.
Foodinfo.az xəbər verir ki, buna səbəb magistral su xəttində baş vermiş qəzadır.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.