Azərbaycanda mehmanxanaların (hotellərin) “Turizm haqqında” Qanununa uyğun olaraq ulduz kateqoriyası müəyyənləşdirilmədən fəaliyyət göstərilməsinə görə 2 min manatdan 5 min manata qədər cərimə tətbiq olunacaq.
Foodinfo.az xəbər verir ki, bu qaydalar Azərbaycan Prezidenti İlham Əliyevin bu gün imzaladığı İnzibati Xətalar Məcəlləsində (İXM) dəyişiklik edilməsi haqqında qanunda öz əksini tapıb.
Dəyişikliyə əsasən, sığortaçı ilə mülki məsuliyyət sığortası müqaviləsi bağlamadan turoperator və ya turagentlər tərəfindən turizm zərfinin satışının həyata keçirilməsinə görə fiziki şəxslər min manat, hüquqi şəxslər iki min manat məbləğində cərimə ediləcək.
Həmçinin qeyd olunur ki, Turizm Reyestrinə daxil edilməli olan məlumatların daxil edilməməsinə və ya vaxtında daxil edilməməsinə, Turizm Reyestrindəki məlumatların yenilənməməsinə və ya vaxtında yenilənməməsinə görə üç yüz manat məbləğində cərimə edilir.
Yerləşmə vasitələrində yerləşmə xidmətindən istifadə edən şəxslərin elektron qeydiyyatının aparılmamasına görə iki yüz manat məbləğində cərimə nəzərdə tutulub.
Bir il müddətdə turizm reyestri və elektron qeydiyyatla bağlı tələblərə təkrar əməl edilmədikdə beş yüz manat civarında cərimə yazılacaq.
Son xəbərlər
- Hazır şorbalar ilə heç vaxt bu səhvlərə yol verməyin
- Axşam yeməyi üçün ən pis içkilər
- Bitki yağı nümunəsinin müayinəsi üzrə keçirilən laboratoriyalararası səriştəlilik sınağının nəticəsi məlum olub
- Turş naringiləri 30 saniyə ərzində necə şirinə çevirmək olar?
- Pendirin ən sağlam növləri hansılardır?
- Kəsilmiş limonu soyuducuda saxlamaq olarmı?