Əgər saç tökülməsinin qarşısını almağın yollarını axtarırsınızsa, şampununuza bu təbii vasitəni əlavə edin. Foodinfo.az bu yazıda saç tökülməsinə qarşı evdə rahatlıqla hazırlaya biləcəyiniz möcüzəvi formulanı təqdim edir.

Saç tökülməsi hər kəsin zaman-zaman yaşadığı bezdirici problemlərdən biridir. Bəs saç tökülməsinin səbəbləri nədir və saç tökülməsinin qarşısını necə almaq olar? Bu sualların cavabı ilə maraqlananlar mövzunun bütün təfərrüatlarını xəbərlərimizdə tapa bilərlər. 

Saç tökülməsi bir çox amillərə görə inkişaf edə bilər. Bunlardan ən çox yayılmışları aşağıdakı kimi sıralamaq olar:

• Genetik faktorlar

• Dəri problemləri

• Yanlış qidalanma 

• Vitamin və mineral çatışmazlığı

• Hormonal problemlər

• Bəzi daxili xəstəliklər və dərman istifadəsi

• Doğuş və kemoterapi prosesi

• Kosmetik amillər

• Stress və depressiya

Saçınızı yuyarkən baş dərinizə yaxşıca masaj etmək qan dövranını sürətləndirəcək və yeni saçların yaranmasına kömək edəcək. Bundan əlavə, saçınızı qurudarkən istilik prosedurlarından və kimyəvi məhsullardan uzaq durmaq saç tökülməsinin və aşınmasının qarşısını alacaq.

Şampun şüşəsinə 25 damcıya qədər şam skipidar yağı tökə bilərsiniz. Şam skipidar yağı saç köklərini qidalandırır, tökülmənin qarşısını alır və yeni saçların əmələ gəlməsini sürətləndirir. Bundan əlavə, saç follikullarının stimullaşdırılması nəticəsində saçların uzanmasını sürətlənir.

Şam skipidar yağının bir çox faydası var:

• Saç tökülməsinə qarşı qorunma təmin edir. Saç köklərini qidalandırır və bərpa edir.

• Saçların tez uzanmasına imkan verir.

• Saçlara canlılıq verir.

• Saçda olan kəpəyi yox edir.

• Saç köklərini gücləndirərək saçların sürətli uzanmasına səbəb olur və tökülməsinin qarşısını alır.

• Tez-tez yağlamanın qarşısını alır.

Bilinən ən əhəmiyyətli faydalardan biri də saç tökülməsinə qarşı qorunma təmin etməsidir.