Çaya mixək atmaq qədimdən bəri yayılmış bir ənənədir və bu, çayın həm dadını zənginləşdirir, həm də sağlamlıq faydalarını artırır.
Foodinfo.az xəbər verir ki, mixək tərkibində güclü antioksidantlar və antiseptik maddələr olan aromatik bir ədviyyatdır. Çaya əlavə edildikdə onun bir sıra müsbət təsirləri olur.
Mixək orqanizmi infeksiyalardan və soyuqdəymədən qorumağa kömək edir.
Həzm sistemini stimullaşdırır, həzmi asanlaşdırır və şişkinlik, qaz kimi problemlərin qarşısını alır.
Ağrı və iltihab əleyhinə təsir göstərir. Xüsusilə baş ağrıları və diş ağrıları zamanı mixəkli çay içmək rahatlıq gətirir.
Onun tərkibindəki antioksidantlar bədəni sərbəst radikallardan qoruyur və immun sistemini gücləndirir.
Çaya mixək atmaq çaya xoş bir dad və aroma verir, bu da içkini daha dadlı və zövqlü edir.