Çox alkoqol qəbul edənlərdə qaraciyər hüceyrələri zədələnir
Foodinfo.az xəbər verir ki, həkim dietoloq Marina Makişa qaraciyəri spirtli içkinin təsirindən qoruya biləcək 2 vacib qidanı açıqlayıb.
Şirniyyat, qızarmış yeməklər, alkoqol qaraciyərin yağlanmasına səbəb olur. Bu qidalar və içkilərdən çox istifadə edən insanlar qaraciyəri qorumaq üçün tomat-pomidor və kəsmik əlavə etməlidirlər.
"Pomidor şirəsində likopin maddəsi güclü antioksidantdır, o qaraciyərin hüceyrələrini bərpa edir. Hətta alkoqol aludəçilərinin də qaraciyərini toksinlərdən təmizləyə bilər.
Kəsmikdə isə metionin adlı amin turşusu qaraciyərə faydalıdır. O maddələr mübadiləsini tənzimləyir".
Ona görə də içki içənlər sağlamlıqları naminə bu 2 qidanın faydasından yararlansın.