Reklamlar nə qədər iddia etsə də, kremlərdəki kollagen qırışları azaltmağa qadir deyil.
Foodinfo.az xəbər verir ki, bu barədə “Vesti Podmoskovye” nəşrinə pulmonoloq Oleq Abakumov danışıb.
Həkim hesab edir ki, dərinin gənc qalması üçün mübarizə xaricdən deyil, içəridən aparılmalıdır. Odur ki, qidalanma tərzini dəyişin.
“Reklamın bizə sırımağa çalışdığı əsas mif odur ki, dəriyə vurulan sehrli məhsulların tərkibindəki kollagen qırışların yaranmasının qarşısını alır və ya dərini daha hamar edir. Dəri kollageni xarici zülal kimi qəbul edəcək. İnsan orqanizmi özü kollagen istehsal edir, lakin problem odur ki, yaşla birlikdə onun sintezi azalır, buna görə də dəri qocalır. Bu maddənin təbii reproduksiyasını artırmaq üçün mütləq C vitamini və jelatini rasionunuza daxil etməlisiniz. Kisel jelatinlə zəngindir”, - həkim qeyd edib.
Son xəbərlər
- Şirin kartof dəri sağlamlığına faydalıdır
- Xiyar tərəvəzdir yoxsa meyvə?
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi
- Dostlarının yemək qalıqlarını yemədiyi üçün sevgilisindən ayrıldı
- 15 il ərzində hər gün eyni şeyi yeyir - SƏBƏB