Diş ağrısı ən tez-tez rast gəlinən ağrılardan biridir.
Təəssüf ki, bir çox hallarda diş ağrısı bizi gecə saatlarında, şəhərdə və həkimdən uzaq yerlərdə yaxalayır və bu zaman biz özümüz özümüzə “tibbi yardım” göstərməli oluruq.
Foodinfo.az sağlamolun.az-a istinadən xəbər verir ki, tanınmış rusiyalı həkim-stomatoloq Yuliya Krjijanovskaya bildirir ki, diş ağrısı zamanı bəzi “ilk yardım” üsulları insanın vəziyyətini nəinki yüngülləşdirmir, əksinə çox ağır fəsadlara səbəb ola bilər.
Beləliklə diş ağrısı zamanı nə etmək olmaz?
- Ağrıyan dişə soyuq və ya isti qoymayın. Bu prosesin daha da kəskinləşməsinə səbəb olacaq.
- Spirtli içkiləri qəbul etməyin. Bəzi insanlar spirtli içkiləri “ağrıkəsici” hesab edirlər. Lakin bu belə deyil. Əksinə bu içkilər ağrını daha da artıra bilər.
- İltihabəleyhinə və antibakterial preparatları (“antibiotiklər”) qəbul etməyin.
- Vanna və ya duş qəbul etməyin.
Ağrı dözülməzdirsə, 1 həb parasetamol qəbul edin.
Saglamolun.az bildiri ki, həkimin sözlərinə görə, şiddətli diş ağrısı çox ciddi simptomdur ki, bu zaman vaxt itirmədən həkimə müraciət etmək lazımdır.