Dünən toylarda keçirilən yoxlamalar zamanı 2500-ə yaxın şəxs COVID-19 pasportu olmadan şadlıq sarayına girməyə çalışsa da, onlar zala buraxılmayıb.
Foodinfo.az xəbər verir ki, DİN Mətbuat Xidmətindən verilən məlumata görə, iyulun 27-də Bakı şəhərində və respublika ərazisində 295 toy şənliyinin monitorinqi həyata keçirilib. Monitorinq 211 şadlıq sarayında və 84 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:
- 120 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən, cərimə olunub;
- 2 nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib;
- 2476 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.
Son xəbərlər
- Ət üçün daha ucuz və sağlam əvəzedici
- Kişi timsahla “döyüşərək” həyatını xilas edib
- Kosmetoloq dəri üçün faydalı və zərərli məhsullardan danışıb
- İmmuniteti gücləndirən məhsulları siz də tanıyın
- Diyetoloq keyfiyyətsiz qozun zərərlərindən danışıb
- Ən faydalı göbələk: Çox antioksidant ehtiva edir