“Bu il Azərbaycanda istehlak qiymətləri 3,3%, 2021-ci ildə 2,9%, 2022-ci ildə isə 2,8% artacaq”.
Foodinfo.az Report-a istinadən xəbər verir ki, bu barədə Dünya Bankının bu gün dərc olunmuş Avropa və Mərkəzi Asiya regionunda iqtisadi vəziyyət üzrə hesabatında qeyd edilib.
Hesabata əsasən Azərbaycanda kənd təsərrüfatının bu il 1,5% artacağı gözlənilir, 2021-ci ildə artım 2,5%-ə, 2022-ci ildə isə 3,2%-ə bərabər olacaq.
Bu il sənaye sektorunda azalma 4,4% səviyyəsində proqnozlaşdırılsada 2021-2022-ci illərdə 1,7% artım gözlənilir. 2020-ci ildə xidmət sektorunda da 5%-lik geriləmə proqnozlaşdırılr. Amma DB növbəti iki il üçün bu sektorda müvafiq olaraq 2,2% və 4,8%-lik irəliləyiş gözləyir.