Dünya Bankının yeni proqnozuna əsasən, Azərbaycanda bu il kənd təsərrüfatı sektoru 5,5% artacaq. Foodinfo.az APA-ya istinadən verdiyi məlumata görə, 2021-ci və 2022-ci illərdə artım bu sektorda dəyişməz olaraq 5,4% səviyyəsində proqnozlaşdırılır.
Qeyd edək ki, ötən il Azərbaycanda kənd təsərrüfatı sektoru 7,2% artıb və 7 836,7 mln. manatlıq məhsul istehsal edilib.