
Dünyada koronavirusa yoluxanların ümumi sayı artaraq 32 milyon nəfəri ötüb.
Bu barədə Foodinfo.az ayrı-ayrı ölkələrin ümumi statistikasına istinadən xəbər verir.
Məlumata görə, dünyada COVID-19-a yoluxanların sayı 32 milyon 110 nəfər təşkil edir. Təhlükəli infeksiyaya ən çox yoluxma ABŞ-da qeydə alınıb. Birləşmiş Ştatlarda
7 119 713 nəfərin koronavirusa yoluxması aşkarlanıb.
ABŞ-dan sonra COVID-19-a ən çox yoluxma Hindistanda (
5 727 750), Braziliyada (
4 602 241), Rusiyada (
1 122 241), Kolumbiyada (
777 537), Peruda (
776 546), Meksikada (
705 263), Cənubi Afrikada (
693 556), İspaniyada (
663 282), Argentinada (
652 174) və Fransada (
481 141) aşkarlanıb.
Pandemiya ərzində koronavirusdan ölənlərin də sayı gündən-günə artmaqdadır. Belə ki, dünyada təhlükəli infeksiyadan ölənlərin ümumi sayı
978 985 nəfərə yüksəlib.
Dünyada COVID-19-a yoluxan
23 556 281 pasiyent sağalıb, hazırda daha
7 464 844 aktiv koronavirus xəstəsi müalicə edilir.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını
COVID-19 qoyub, martın 11-də isə koronavirusu
pandemiya elan edib.