Foodinfo.az-ın xəbərinə görə, bu gün ərzində Azərbaycan Ordusu müəyyən olunmuş istiqamətlərdə irəliləyərək yeni dayaq məntəqələrini azad etməklə ərazini düşmən qüvvələrdən təmizləyib.
Döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsi, hərbi texnikası və digər döyüş vasitələri məhv edilib.
Sentyabrın 27-dən oktyabrın 7-si saat 05.30-dək düşmənin ümumi itkiləri aşağıdakı kimidir:
- 250-dək tank və digər zirehli texnika;
- 270-dək artilleriya, yaylım atəşli raket sistemləri, minaatan;
- 60-dək hava hücumundan müdafiə vasitələri;
- 11 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi;
- 8 silah-sursat anbarı;
- 150-dək avtomobil texnikası;
- 1 ədəd “S-300” zenit-raket kompleksi.
Son xəbərlər
- Azərbaycanlı qida mütəxəssisi Mərakeşdə festivalda iştirak edib
- Yuxu üçün ən yaxşı və ən pis qidalar
- Hər kəsin evində olan bu tərəvəzləri yeməmək daha yaxşıdır
- Bədənin normal işləməsi üçün nə qədər su içmək lazımdır?
- Qablaşdırılmış içməli su emalı müəssisəsində istehsal dayandırıldı
- Səhərlər qəhvəyə həvəsin səbəbləri