Qarın nahiyəsindəki yağlar bir çox insan üçün kabus ola bilər. Ancaq gün ərzində diqqət edəcəyiniz bir neçə rutinlə qarın yağlarınızla vidalaşa bilərsiniz. Daha düz bir mədəyə sahib olmaq üçün etməli olduğunuz 8 sadə qayda var.

 Foodinfo.az bu 8 qaydanı təqdim edir:

1- STRES ETMƏYİN

Səhər tələsik olduğunuzda, işə və ya dərsə gecikməməyə çalışdığınız zaman özünüzü gərgin hiss edə bilərsiniz. Bunu etdiyiniz zaman bədəndəki stress prosesindən məsul olan kortizol hormonu artacaq.

Araşdırmaya görə, kortizol hormonunun ifrazı qarın nahiyəsindən kökəlmənizə səbəb olur. Odur ki, səhər işinizi daha sakit şəkildə tamamlamağa çalışmaq və zəngli saatı erkən saata qurmaq daha asan arıqlamağınıza kömək edə bilər.

2- SƏHƏR ACQARINA MƏŞQ EDİN

İdman etmək həqiqətən arıqlamağın ən yaxşı yollarından biridir. Üstəlik, səhər məşqinizə bəzi müqavimət məşqləri əlavə etməklə qarın yağınızı azaltmağa kömək edə bilərsiniz.

3- SƏHƏR YEMƏYİNƏ ZÜLAL VƏ LİF ƏLAVƏ EDİN 

Araşdırmalar göstərir ki, zülal əsaslı pəhriz xüsusilə qarın yağını yandırır. Bu səbəbdən səhər yeməyinizdə bol protein və lif ehtiva edən qidaları da daxil etməyi unutmayın.

Üstəlik, başqa bir araşdırma lif qəbulunun artırılmasının da qarın yağının yandırılmasına müsbət təsir etdiyini göstərir. Kətan toxumu, brokoli, avokado və s. qidaları yeməklərinizə daxil etməklə lif istehlak etmiş olarsınız.

4- SU İÇİN 

Səhər yeməyində şirə içmək əslində sağlam bir vərdiş deyil. Meyvə şirələri maye fruktoza ilə yüklənir və onun gündəlik istehlakı qarın yağının artmasına səbəb ola bilər. Əslində araşdırmalar şəkərli içkilərin qaraciyərdə yağ artımına səbəb olduğunu da göstərir. Yəni maye ehtiyacınızı meyvə suyu yerinə su ilə qarşılamağınız çox daha məqsədəuyğundur.

5- YAŞIL ÇAY İÇİN

Günə bir fincan qəhvə ilə başlamaq səhər rutininizin ayrılmaz bir hissəsi kimi görünsə də, bunun əvəzinə yaşıl çay içmək yaxşı fikir ola bilər. Yaşıl çay həm kofein, həm də antioksidant epigallocatechin gallate (EGCG) ehtiva edir. Tədqiqatlar göstərir ki, EGCG həqiqətən qarın yağını itirməyə kömək edə bilər.

6- DAHA ÇOX YATIN

Tədqiqatlar göstərir ki, kifayət qədər yuxu almamaq qarın yağını da əhatə edən çəki artımına gətirib çıxarır. Bu səbəblə daha çox yataraq daha düz bir mədəyə sahib ola bilərsiniz.

7- QARIN MƏŞQLƏRİ EDİN

Kardio məşqlərinin qarın yağını yandırmaq üçün yaxşı bir yol olduğu bilinir. 

8- GÜNORTA YEMƏYİNİ SƏHƏR HAZIRLAYIN

Əgər naharınızı səhər hazırlasanız, gün ərzində qəbul etdiyiniz kaloriyə daha çox nəzarət edəcəksiniz. Çünki nahara çıxdığımız zaman istehlak etməyi planlaşdırdığımızdan daha çox istehlak edə bilərik. Ancaq yediklərinizi idarə etmək strategiyası yağ yandırmağınıza çox kömək edə bilər.