Vanderbilt Universiteti Tibb Mərkəzinin və Birmingem Universitetinin alimləri duzdan az istifadənin qan təzyiqini effektiv şəkildə aşağı sala biləcəyini sübut ediblər. Araşdırmanın nəticələri JAMA jurnalında dərc olunub.
Sınaqlarda 50-70 yaş arası 213 nəfər iştirak edib və onlar bir neçə qrupa bölünüb. Bir qrup yüksək natriumlu pəhriz (gündə 2200 milliqram), digəri isə aşağı natriumlu pəhriz (gündə 500 milliqram) yeyib. Bir həftə sonra hər iki qrup pəhrizi əksinə dəyişib.
Duz qəbulu azaldıqda, qan təzyiqi yüksək natriumlu pəhriz ilə müqayisədə 7-8 millimetr və normal pəhriz ilə müqayisədə altı millimetr azalıb. Bu, tez-tez istifadə olunan yüksək təzyiq dərmanlarının təsiri ilə müqayisə edilə bilər. Təsir iştirakçıların 72 faizində müşahidə olunub.
Leyla