Hazırda koronavirus pandemiyasının yayılması ilə bağlı müxtəlif sektorlar üzrə məhdudlaşdırıcı tədbirlər həyata keçirilir. Qida sektoruna gəlincə, burada istehsal prosesində heç bir dayanma yoxdur. Bu da, təbii ki, əhalinin fasiləsiz olaraq qidaya olan təminatının ödənilməsi ilə bağlıdır. Məsələ ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında süjet yayımlanıb. Qida sektorunda çalışanlar, əsasən, qapalı sahədə işləməli olurlar. Bəs mövcud vəziyyətdə işəgötürənlər və işçilər hansı qaydalara əməl etməlidir?
Ekspertlərin sözlərinə görə, işçiləri qapalı sahələrdə çalışan işəgötürənlər öncə öz iş yerlərinə məxsus riskləri düzgün qiymətləndirməlidirlər.