Neyropsixoloq İrina Xvinqiya "Sputnik" radiolarına verdiyi müsahibədə əhval-ruhiyyəni qaldıran qidalardan və onların təsirindən danışıb.
Foodinfo.az xəbər verir ki, beyin və endokrin sistemi insanın əhval-ruhiyyəsindən məsuldur, əhval-ruhiyyəni yaxşılaşdırmaq üçün bədənin bu iki hissəsindən biri stimullaşdırılmalıdır. Mütəxəssisin fikrincə, şokolad və bananın əhval-ruhiyyəni effektiv şəkildə qaldırılmasına inanılır. Bununla birlikdə oxşar xüsusiyyətlərə sahib digər qidalar da var.
"Yağlı balıqlar ümumi tonusu yaxşılaşdırmağa, tərkibindəki yod isə diqqət konsentrasiyasını artırmağa kömək edir. Dəniz yosunu da faydalıdır, çünki tərkibində böyrəküstü vəzilərdən məsul olan vitaminlərin bütün spektri var. Onlar adrenalin və norepinefrin ifrazına təsir göstərir" , - eskpert açıqlamasında qeyd edib.
Qoz-fındığın faydalarına da diqqət çəkən İ.Xviniqiya gündəlik 50 qram çərəzin əhval-ruhiyyəni yaxşılaşdırmaq üçün kifayət olduğunu söyləyib. Ancaq əhvalınızı pozan qidalar da var. Neyropsixoloq qeyd edib ki, bunlara enerji içkiləri daxildir. Dediyinə görə, bu içkilərin tərkibində on stəkan qəhvəyə bərabər olan taurin var. Bu konsentrasiya isə beyinə heç bir fayda vermir.
Bundan əvvəl, Beynəlxalq Qidalanma Psixiatriya Tədqiqatları Cəmiyyətinin rəhbəri Felice Caka balanslı və sağlam qidalanmanın narahatlıq və depresiyanı azalda biləcəyini söyləyib. Onun sözlərinə görə, yağ və şəkər çox olan qidalar əhval-ruhiyyəni pisləşdirə bilər. O, Aralıq dənizi pəhrizini əhval-ruhiyyəni sabit saxlamaqda effektiv olduğunu və həddindən artıq yeməyin qarşısını almaqda vacib olduğunu qeyd edib. (publika.az)