Məlum olduğu kimi, düşmənin 3 tankından ibarət tank kolonu gecə vaxtı Xankəndindən çıxaraq ön xəttə doğru irəliləyib. Lakin, ön xətt bölmələrinə çatmadan zirehli texnika kolonu öz artilleriya bölmələrinin atəşinə məruz qalıb. Foodinfo.az-ın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyindən bildirilib ki, məlumatlara görə "dəqiq" zərbə ilə 1 tank ekipajla birlikdə tamamilə məhv edilib, qalanları isə sıradan çıxarılıb.