Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələrinin bölmələri ötən gecə - oktyabrın 17-də Tərtər rayonu ərazisini növbəti dəfə atəşə tutub.
Foodinfo.az bu barədə Report-a istinadən xəbər verir.
Düşmənin növbəti dəfə atdığı top mərmisi şəhər ərazisində yerləşən tam orta məktəbinin qarşısına düşüb.
"Report"un əməkdaşı ilə söhbəti zamanı məktəb direktoru qeyd edib ki, oktyabrın 17-si saat 21 radələrində düşmən şəhər ərazisini atəşə tutub: "Mərminin biri məktəbin qarşısına düşüb. 10-dan çox sinif otağına ziyan dəyib. Otaqların pəncərələri sınıb, divarlar dağılıb".
Qeyd edək ki, humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 17-də Tərtər rayonu ərazisini növbəti dəfə atəşə tutması nəticəsində bir neçə evə ziyan dəyib.