Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayon ərazisini yenidən atəşə tutmaqda davam edir. Foodinfo.az-ın məlumatına görə, bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir. Oktyabrın 13-ü səhər saatlarından başlayaraq düşmən yenidən dinc sakinləri hədəfə alır, vətəndaşları ağır artilleriya atəşəinə tutur. Məlumata görə, bu gün ərzində ermənilər tərərindən Tərtər şəhərini və ətraf kəndləri - Qazyan, Yuxarı Qaradağlı, Səhləbat və Əskipara kəndi ərazisinə ümumilikdə 300-ə yaxın top mərmisi atılıb. Hazırda zərəyr dəymiş evlərin sayı araşdırılır. İlkin məlumata görə, 10-dan çox evə ziyan dəyib. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Düşmənin rayon ərazisinə dayanmadan atdığı top mərmilərinin partlaması nəticəsində göyə tüstü qalxır. Azərbaycan Ordusu tərəfindən ermənilərə adekvat cavab tədbirləri görülür.