Ermənistan ordusu cəbhəyanı zonada ağır artilleriyadan istifadə etməklə yaşayış məntəqələrini atəşə tutur. Foodinfo.az Qafqazinfo-ya istinadən xəbər verir ki, düşmən mərmilərindən biri Ağcabədinin Taynaq kəndinə düşüb. Nəticədə 9-cu sinif şagirdi İsgəndərov Fərid Dilafət oğlu hadisə yerində ölüb.