
Ermənistanda daha
532 nəfərdə koronavirus aşkarlanıb.
“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı
51 382-yə yüksəlib.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha
3 nəfər artaraq
966-ya çatıb. İndiyədək
44 406 nəfər infeksiyadan sağalıb.
Hazırda Ermənistanda
5 709 aktiv koronavirus xəstəsi var.
Qeyd edək ki, ötən gün Ermənistan
491 nəfərin koronavirusa yoluxduğunu açıqlamışdı.