Uşaqlarda hər şeyə əsəbiləşmə və qıcıqlanma valideynlərdən onlara irsən keçdiyi düşünülür. Bu, səhv yanaşmadır. Əsəb əlamətləri olan valideynlər dünyaya tamamilə sağlam övladlar gətirirlər. Həmin uşaqların sonradan aqressivləşməsi ailədaxili problemlərin nəticəsində baş verir. Bəs, bu zaman valideynlər nə etməlidir ? Foodinfo.az Lent.az-a istinadən uşaqlarda əsəb, aqressivlik, narahatlıq kimi halların aradan qaldırılmasında kömək olacaq  bir neçə sadə yolları təqdim edir. Uşaqlarda əsəbin 8 yaşa qədər yaranma səbəbinə görə fərqlənir. 1.5 yaşa qədər olan körpələr tez-tez ağlayırlar, əsəbiləşirlər. Buna səbəb aclıq, yorğunluq, səs-küy ola bilər. 3 yaşına qədər olan dövrdə isə uşaqlar özlərini dünyanın mərkəzində görürlər. Buna görə, istəkləri təmin edilmədikdə onlarda aqressiya yaranır. Məktəbəqədər yaşda olan uşaqlar isə emosiyalarını idarə edə bilməyəndə, qəzəbli rəftarlar başlayır. Məktəbli şagirdlər haqsızlığa məruz qaldıqda bu hissi yaşayırlar. Belə problemləri aradan qaldırmaq üçün təbii vasitələrə üstünlük vermək lazımdır. Çobanyastığı, passiflora, pişikotu, yemişan və digər bitkilər əsəbləri sakitləşdirir. Bu bitkiləri övladlarınıza balanslı şəkildə versəniz, onların daha sakit və rahat olmasına səbəb ola bilərsiniz. Aqressivliyin, əsəbiliyin aradan qaldırılması üçün ən yaxşı yollardan biri də normal yuxu rejimidir. Uşaqlar və körpələr kifayət qədər yatmadıqları təqdirdə, onların beyin inkişaflarında ləngimə, diqqətsizlik, iştahsızlıq, əsəbilik yaranır. Uşaqlarınızı onu narahat edən mühitdən uzaqlaşdırın. Heç bir körpə valideynlərini incitmək üçün ağlamaz. Belə vəziyyətlə üzləşəndə, nəyin səbəb olduğunu fikirləşin. Övladlarınızın düzgün və sağlam qidalanmasına diqqət yetirin. Sadə qaydalar təyin edin, amma bu qaydalara öncə özünüz əməl edin. Unutmayın ki, uşaqlar valideynlərinin hərəkətlərini təkrarlayaraq böyüyür. Hər problemi onların yanında həll etməyə çalışmayın. Siz nə qədər sakit, rahat olsanız, övladlarınız da bir o qədər aqressivlikdən uzaq olacaq.