Onkoloji xəstəlik zamanı bəzi maskalanmış simptomlar olur ki, xəstələr buna fikir vermir.
Foodinfo.az Bakupost.az-a istinadən xəbər verir ki, qəfildən ətə və ətdən yeməklərə ikrah hissi, ət iyindən iyrənmək, öyümək onkoloji xəstəliyin erkən əlaməti ola bilər.
Onkoloq cərrah İvan Karasev bəzi şiş xəstəlikləri zamanı orqanizm yağlı qida və əti iqnor edir, qəbul etmək istəmir.
Bu daha çox mədəaltı, mədə, qaraciyər, beyin xərçəngində olur.
Hətta ən kiçik xırda məqam belə təhlükənin siqnalı ola bilər.
"Mədəaltı vəz şişlərində xəstə gecə yatanda uzanılı vəziyyətdə ağrı olur.
Səbəbsiz ürəkbulanma, öyümə, ət qoxusu gələn kimi ikrah hissi, dərinin sarımtıl rəng alması da diqqətdən yayınmamalıdır.
Hamiləlik zamanı ətdən iyrənmək bəzən normal fizioloji hal ola bilər. Digər hallarda həmişə ət yeyən insanın günlərin bir günü ətdən ürəyinin bulanması şübhə yaratmalıdır".