Fransanın pivə müəssisələri 10 milyon litr pivənin yerə axıdılması barədə qərar qəbul edib. Foodinfo.az day.az-a istinadən xəbər verir ki, pivə hazırlayanların Həmkarlar İttifaqı bunun səbəbini koronavirus epidemiyası ilə əlaqələndirib. Belə ki, epidemiya səbəbindən restoran və barların bağlanması, turizm sektorunun işləməməsi 10 milyon litr pivənin müddətinin keçməsinə və xarab olmasına gətirib çıxarıb. Hökumət bu sahədə çalışanların ziyanını qarşılamaq üçün onlara müəyyən qədər köməklik göstərib. Son məlumata görə, Fransada koronavirusa yoluxanların sayı 171 mini keçib, ölənlərin sayı isə təxminən 26 min nəfər qeyd edilir.