
Gənc qalmaq üçün düzgün qidalanma ən az dəriyə qulluq qədər önəmlidir. Bəzi təbii qidalar tərkibindəki antioksidantlar, vitaminlər və faydalı yağlar sayəsində bədənə hüceyrə səviyyəsində təsir edərək qocalma prosesini ləngidir.
1. Avokado E vitamini və faydalı yağlarla dərini nəmləndirir, qırışların yaranmasını gecikdirir. –
2. Giləmeyvələr, xüsusilə böyürtkən və qaragilə, hüceyrələri sərbəst radikallardan qoruyaraq kollagenin parçalanmasının qarşısını alır.
3. Yaşıl yarpaqlı tərəvəzlər dəriyə canlılıq verir və hüceyrə yenilənməsini sürətləndirir.
4. Zeytun yağı iltihabı azaldır, həm də dərinin elastikliyini artırır.
5 Somon və sardina kimi yağlı balıqlar isə Omega-3 ilə bədənin daxili balansını qoruyur, dərini içdən nəmli saxlayır.
6. Pomidordakı likopen günəş şüalarına qarşı qoruma təmin edir.
7. Tünd şokolad isə qan dövranını yaxşılaşdıraraq dərinin parıltısını artırır.
Bu qidaları gündəlik menyuya daxil etmək həm dərinin, həm də orqanizmin uzunmüddətli gəncliyini dəstəkləyir. Daim təbii və balanslı qidalanma, bol su içmək və aktiv həyat tərzi ilə gənc və enerjili qalmaq mümkündür.