Göyərən dırnaqlar ciddi xəstəliklərin əlaməti ola bilər.
Foodinfo.az xəbər verir ki, bu barədə ürək-damar cərrahı Anastasiya Akulova xəbərdarlıq edib.
Onun sözlərinə görə, səbəbsiz göyərən dıqnaqlar xroniki damar və tənəffüs xəstəlikləri, qan dövranı problemləri, damarların aterosklerozu və venoz çatışmazlığı kimi müxtəlif problemlərin göstəricisi ola bilər.
Bundan əlavə, dırnaqların göyərməsi sistemli iltihablı xəstəliklərlə də əlaqəli ola bilər.
Ona görə belə hallarla qarşılaşdıqda həkimə müraciət etmək vacibdir. Əlamətlər ciddi problemləri göstərə biləcəyi üçün diqqətdən kənarda qalmamalıdır. Həkimə vaxtında baş çəkmək xəstəliyi düzgün müəyyən etməyə və mümkün fəsadların qarşısını almağa kömək edəcək.