Orqanizmin sağlam fəaliyyəti üçün bəzi minerallar daim tələb olunur. Foodinfo.az bildirir ki, dəmir qan dövranını və oksigen daşınmasını təmin edir. Sink immunitet sisteminin güclü olması üçün mühüm elementdir. Kalsium sümüklərin və dişlərin sağlamlığına cavabdehdir.

Kalium ürək ritmi və əzələ fəaliyyətini tənzimləyir. Maqnezium isə sinir sisteminin sakitləşməsi və stressin azaldılmasına kömək edir. Çox vaxt bu minerallar kifayət qədər qəbul edilmir. Dəmir çatışmazlığı qan azlığı və halsızlıq yaradır. Sink əskikliyi dəri problemləri və immun zəiflik törədir.

Kalsium azlığı sümüklərin kövrək olmasına səbəb olur. Kalium və maqnezium balanssızlığı isə ürək-damar və əsəb gərginliyinə yol açır. Bu minerallarla zəngin məhsulları gündəlik menyuya daxil etmək tövsiyə olunur.