Pandemiya və Rusiya-Ukrayna müharibəsi fonunda dünyada baş verən qiymət artımları Gürcüstandan da yan keçməyib. Bu ölkədə ərzaq məhsullarının, dərmanların, ictimai nəqliyyatın, eləcə də yanacağın qiymətinin qalxması ölkə vətəndaşlarının böyük narazılığına səbəb olub. Paytaxt Tbilisi sakinləri aldıqları təqaüd və ya maaşla öz günlük xərclərini belə qarşılaya bilmədiklərini deyirlər.
Foodinfo.az Xəzər TV-yə istinadən xəbər verir ki, Gürcüstanın paytaxtı Tbilisidə şəhər sakinləri hər şeyin qiymətinin qalxmasından narazıdırlar.. Onlar xüsusilə də ərzaq məhsulları və dərmanların bahalaşmasından şikayətçidirlər...
"Forbes Georgia" jurnalının baş redaktoru, iqtisadçı ekspert Qiorqi Silakadze isə Gürcüstandakı mövcud qiymət artımının xarici faktorlarla əlaqəli olduğunu deyir.
İqtisadçı ekspert həmçinin Gürcüstanın idxaldan asılı ölkə olduğunu, məhz buna görə də qiymət artımının qarşısıalınmaz olduğunu düşünür.
Son xəbərlər
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi
- Dostlarının yemək qalıqlarını yemədiyi üçün sevgilisindən ayrıldı
- 15 il ərzində hər gün eyni şeyi yeyir - SƏBƏB
- Mükəmməl şorbanın düsturu məlum oldu
- Qadın meşədən bahalı göbələk tapdı