Hamiləlik dövründə kifayət qədər su içmək ana və dölün sağlamlığı üçün həyati əhəmiyyət daşıyır. Bədən bu dövrdə həm özünü, həm də inkişaf edən uşağı dəstəkləmək üçün daha çox maye tələb edir.

Foodinfo.az xəbər verir ki, hamilə qadınlar gündə təxminən 8–10 stəkan (2–2,5 litr) su qəbul etməlidirlər. Su çatışmazlığı bir sıra sağlamlıq problemlərinə səbəb ola bilər. Bunlara yorğunluq, baş ağrısı, qəbizlik, hemoroid, sidik yolları infeksiyası riski və bəzi hallarda erkən doğum riski daxildir.

Kifayət qədər maye qəbul etmək həm metabolizmin düzgün işləməsinə, həm qida maddələrinin dölə daşınmasına, həm də ödemin azalmasına kömək edir. 

Həmçinin bədən temperaturunu tənzimləyərək hamilə qadının komfortunu artırır.

Suyu təkcə acqarına deyil, gün ərzində kiçik porsiyalarla davamlı içməyi tövsiyə edir. Meyvə suyu, süd və bitki çayları da maye qəbuluna kömək edir, lakin şəkərsiz və az işlənmiş olmasına diqqət yetirilməlidir.

Düzgün maye qəbulu hamiləlik dövrünü daha rahat keçirməyə və həm ana, həm də döl üçün sağlamlığa dəstək olur.