Milli Hidrometeorologiya Xidməti qeyri-sabit hava şəraiti ilə bağlı xəbərdarlıq edib.  Foodinfo.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında bu gün səhərdən başlayaraq sabahadək 15-20 m/s şimal-qərb küləyinin əsəcəyi, arabir 23-25 m/s-dək güclənəcəyi bildirilir. Arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar yağacağı gözlənilir.