Qazaxda intihara cəhd olub. Foodinfo.az xəbər verir ki, rayonun Qaymaqlı kənd sakini, 44 yaşlı D.M. sirkə turşusu zəhərlənməsi ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyəti ağır qiymətləndirilir. Məlumata görə, 44 yaşlı kişi həyat yoldaşından ayrıldığına görə intihar etmək istəyib. Faktla bağlı araşdırma aparılır.