Amerikanın Merilend ştatının Noksvill şəhərinin 41 yaşlı sakini Erik Lyuis leş və yabanı bitkilərlə qidalanmağa başlayıb.

 Foodinfo.az xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.

Belə ki, Lyuis və onun 26 yaşlı sevgilisi Cess Rassel yabanı bitkilərdən hazırlanan qidalardan istifadə edirlər: yığdıqları giləmeyvələrdən kokteyl düzəldir, gicitkən pestosu (sousu), eləcə də avtomobillərin yolda vurduğu heyvanların ətini yeyirlər.

Məsələn, qəza nəticəsində ölən bir maral onlara 45 kiloqrama qədər ət verə bilər.

Erik mağazadan alınan yeməklərə həftədə cəmi 50 dollar xərcləyir. Buradan o, çay göbələyi və kokos yoqurtu kimi bəzi xüsusi qida məhsullarını alır.

"Biz bitkilərə insanlara qarşı olduğumuz kimi yanaşmalıyıq", - deyə bağçılıq müəllimi kimi çalışan Lyuis vurğulayıb. 

Heyvan leşinə gəlincə isə, Erikin sözlərinə görə, əsas, qorxu və narahatlığa qalib gəlməkdir.

Amerikalı belə bir həyat tərzi sürməyə 30 yaşından da gənc olanda başlayıb. O, yoqa və meditasiya ilə məşğul olub, hətta bir müddət meşədə çadırda yaşayıb. 

2010-cu ildə əmisi ona evinin yaxınlığında çoxlu qaragilə olduğunu göstərəndən sonra Lyuis yabanı bitkilərin toplanması ilə maraqlanmağa başlayıb. Hazırda isə o, meyvə, tərəvəz və qoz-fındıq yetişdirir.