İctimai iaşə obyektlərində, otellərdə yoxlamalar pandemiya dövrü bitənə qədər davam edəcək.
Foodinfo.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “Facebook” səhifəsindəki "Təhlükəsiz Qida" adlı onlayn verilişində AQTA sədrinin müşaviri Elxan Mikayılov bildirib.
Onun sözlərinə görə, pandemiyadan sonra bu, daha çox profilaktik maarifləndirmə tədbirləri formasında davam edəcək.