İlon Maskın atası Errol Mask jurnalistlərə verdiyi son müsahibəsində oğlunun təhlükəsizliyi ilə bağlı ciddi narahatlığını dilə gətirib.

 Foodinfo.az-ın məlumatına əsasən, atası iddia edir ki, İlon Mask ABŞ hökuməti ilə münaqişəsi səbəbindən sui-qəsdin qurbanı ola bilər.

Errolun sözlərinə görə, oğlu Ədliyyə Nazirliyinin hücumlarına və medianın mənfi diqqətinə məruz qalır. Bu, ABŞ prezidenti Co Baydenin iyul ayında "Texnoloji maqnatı araşdırmağın bir çox yolu var” deməsindən sonra baş verir.

Errol Mask qeyd edib ki, həm özü, həm də oğlu başlarına gələcəklərdən və mümkün sui-qəsddən narahatdırlar.