İran Ukraynada yaşanan böhran səbəbindən ölkədən bir sıra kənd təsərrüfatı məhsulunun ixracına qadağa qoyub.
Foodinfo.az “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin kənd təsərrüfatı naziri Cavad Sadatinecad açıqlayıb.
Beləliklə, İrandan kartof, pomidor, badımcan və soğanın ixracı qadağan edilib. Sözügedən məhsulların ixracına tətbiq edilən məhdudiyyət növbəti göstərişə qədər qüvvədə qalacaq.
Bildirilir ki, bu qadağa ilk növbədə bir sıra məhsullara dünya üzrə tələbatın artması, qonşu ölkələrdə idxal tariflərinin enməsi, qiymətlərin və daxili bazarın tələbatının tənzimlənməsi zərurəti ilə bağlıdır.
Son xəbərlər
- Xiyar tərəvəzdir yoxsa meyvə?
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi
- Dostlarının yemək qalıqlarını yemədiyi üçün sevgilisindən ayrıldı
- 15 il ərzində hər gün eyni şeyi yeyir - SƏBƏB
- Mükəmməl şorbanın düsturu məlum oldu