İsrailin paytaxtı Tel-Əvivdə yerləşən "İhilov" xəstəxanasının koronavirusa yoluxan xəstələrinə müalicə qismində tibbi marixuana veriləcək. Foodinfo.az Oxu.az-a istinadən xəbər verir ki, bu cür müalicəni vəziyyəti ağır olmayan pasiyentlər alacaq. Həkimlər hesab edir ki, kannabisdə (marixuana) virusun orqanizmdə inkişaf etməsinin qarşısını alan maddə var.