Koronavirus pandemiyasının yayıldığı kəskin vaxtlarda Bakıdan bölgələrə gedən yollarda qurulmuş postların tamamilə sökülməsinə başlanılıb.
Bu gün Şamaxı istiqamətində qurulmuş dəmir konstruksiyaların söküldüyü müşahidə olunub.
Foodinfo.az xəbər verir ki, məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, həmin postlar müvəqqəti xarakter daşıyırdı: “Postlar daimi xarakter daşımadığı üçün sökülə bilər”.
Xatırladaq ki, 2020 və 2021-ci illərdə koronavirus pandemiyası səbəbi ilə insanların təmasını azaltmaq üçün paytaxtla bölgələr arasında polis postları qurulmuşdu. Məhdudiyətlər zamanı həmin postlardan yalnız “icaze.e-gov.az” portalında icazəsi və müvafiq xidməti vəsiqəsi olan şəxslər keçə bilirdi.
Son xəbərlər
- Şirin kartof dəri sağlamlığına faydalıdır
- Xiyar tərəvəzdir yoxsa meyvə?
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi
- Dostlarının yemək qalıqlarını yemədiyi üçün sevgilisindən ayrıldı
- 15 il ərzində hər gün eyni şeyi yeyir - SƏBƏB