2020-ci ilin yanvar-mart ayları üzrə Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 976,7 milyon manat təşkil edib ki, onun da 929,9 milyon manatı heyvandarlıq, 46,8 milyon manatı isə bitkiçilik məhsullarının payına düşüb.
Foodinfo.az-ın Dövlət Statistika Komitəsinə istinadən məlumat verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3,7 faiz, o cümlədən bitkiçilik məhsulları üzrə 13,4 faiz, heyvandarlıq məhsulları üzrə isə 3,2 faiz artıb.
Ölkədə yaz-tarla işləri aparılır və 2020-ci il aprel ayının 1-nə kimi 115,9 min hektar sahədə yazlıq bitkilər, o cümlədən 14,5 min hektar sahədə dənlilər və dənli paxlalı bitkilər (ondan 3,6 min hektarı dən üçün qarğıdalı), 31,9 min hektar sahədə kartof, 24,2 min hektar sahədə tərəvəz, 4,2 min hektar sahədə bostan bitkiləri, 1,8 min hektar sahədə şəkər çuğunduru, 1,2 min hektar sahədə dən üçün günəbaxan, 37,8 min hektar sahədə çoxillik otlar, 0,2 min hektar sahədə birillik otlar və 0,1 min hektar sahədə sair yazlıq bitkilər əkilib.