Boyun ağrıları xüsusən masa arxasında saatlarla vaxt keçirən insanlarda daha çox rast gəlinir. Komputer arxasında çalışanlarda isə risk 2-3 qat artır. 

Foodinfo.az xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb. 

Elmi araşdırmalar zamanı yüksək əmək gözləntiləri, azalmış sosial dəstək və işdən məmnun olmamaqla boyun ağrıları arasında əlaqə tapılıb. Bu məsələdə psixo-sosial amillər də rol oynayır. 

Komputer arxasında boyun ağrısı yaşanmaması üçün bunlara riayət edin:

Masada oturarkən ayaqlarınızın yerlə təmas etməsini təmin edin.

Kürəyinizi dik saxlayın və stula söykənmiş şəkildə əyləşin. 

Stulunuzun erqonomik olub-olmadığını yoxlayın.