Covid-19 ona yoluxan şəxsin orqanizmində müalicə başa çatandan sonra da bir müddət qala və həmin şəxs daşıyıcı ola bilər. Foodinfo.az e-tibb.az-a istinadən bildirir ki, bunu Rusiyanın Paster adına Elmi Tədqiqat Epidemiologiya və Mikrobiologiya İnstitutunun mütəxəssisi Aleksandr Semenov açıqlayıb. Onun sözlərinə görə, xəstə insan sağalandan sonra bir ay ərzində onda virus ifraz olunması mümkündür: "Belə insanlarda yenidən virus aşkar edərkən növbəti dəfə yoluxduqları qənaətinə gəlinə bilər, amma bu təkrar infeksiya deyil,  virus ifrazıdır". Alim məhz buna görə, virus ifrazı fenomenini nəzərə almağın vacib olduğunu vurğulayıb.