Avstraliyalı alimlər koronavirus pandemiyasının yeni epidemiyaya səbəb ola biləcəyini açıqlayıblar.

Foodinfo.az xəbər verir ki, potensial təhlükə olaraq elm adamları qızılca xəstəliyini görürlər. 

Buna səbəb insanların qızılca və məxmərək xəstəliklərinə qarşı peyvəndi vurdurmaması ola bilər. Bu qənaətə Melburndakı Merdok Uşaq elmi-tədqiqat İnstitutunun alimləri gəliblər. 

Həmçinin Ümumdünya Səhiyyə Təşkilatı da mövcud vəziyyətin qızılcanın yayılmasına səbəb ola biləcəyini qeyd edib. Bildirilir ki, peyvənd olunmamış uşaqlar yüzfaizlik yeni pandemiyanın zəmanəti olaraq görülməlidir.