Koviddən sonra beynin işi və yaddaşda dəyişikliklər olur. Xəstələr huşsuzluqdan şikayətlənir. Hətta nə deyəcəklərini belə xatırlaya bilmirlər.
Foodinfo.az xəbər verir ki, həkim Sergey Aqapkin hafizəni bərpa etməyin yolunu açıqlayıb.
O özü də kovidə yoluxub və yaddaşla bağlı problemlərini bu üsullarla həll edib.
“Bunun üçün yuxunu normallaşdırmaq, istirahətə üstünlük verməli, təmiz havada olmalı və beyin üçün faydalı qidalar yemək lazımdır. Əgər əvvəlki kimi tez düşünüb, danışıb, oxuya bilmirsizsə, sözlər yaddan çıxırsa yaddaş məşqləri edin.
Şeir kitabı götürüb, şeirləri 3-5 dəfə oxuyub bərkdən səsləndirirsiz.
Əgər bu da kömək etmirsə, həkim nevroloq beyin və yaddaş üçün preparatlar yaza bilər”.