Eşitmədə dəyişikliklərin baş verməsi koronavirus infeksiyasına yoluxağa siqnal ola bilər. Foodinfo.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Ekspress London Universitetinin Kolleci və Milli Kral Komitəsinin mütəxəssisləri bu qənaətə gəlib. Qeyd olunur ki, COVID-19 diaqnozu qoyulmuş bir sıra xəstələr əvvəllər heç bir xarici stimul olmadan zəif eşitmədən şikayətlənmişlər. Bundan əlavə, ağır koronavirus xəstələrində bu simptomun gələcəkdə tamamilə eşitmədən məhrumolma ilə nəticələnməsi müəyyən edilib. Bu baxımdan, elm adamları həkimləri xəstələrin eşitmə səviyyəsindəki dəyişikliklərə diqqət yetirməyə və COVID-19 diaqnozu qoyulduqda onları müalicə etmək üçün profilaktik tədbirlər görməyə çağırıblar.