İtaliyanın “Milan” klubunun futbolçusu Zlatan İbrahimoviç hətta koronavirus pandemiyası zamanı hobbisindən vaz keçmək fikrində deyil. Foodinfo.az Oxu.az-a istinadən xəbər verir ki, o, şənbə günü balıq ovuna yollanıb. Hücumçu tutduğu nəhəng balığın şəklini çəkərək özünün “Instagram” səhifəsində paylaşıb. “Necə gözəl bir gündür”, - Zlatan yazıb. 38 yaşlı futbolçu bir neçə şəkil çəkdikdən sonra balığı suya buraxıb.
Xatırladaq ki, A Seriyasının matçları koronavirus pandemiyasına görə dayandırıldığı üçün İbrahimoviç doğma İsveçə yollanıb.