Mingəçevir Şəhər Polis Şöbəsinin (ŞPŞ) əməkdaşları tərəfindən şəhər ərazisində karantin rejimi qaydalarının təmin olunması məqsədilə xidmət aparılan zaman “Dəniz yolu” deyilən ərazidə azyaşlı övladlarının da iştirakı ilə piknik təşkil edən şəxslər müəyyən edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Foodinfo.az-a verilən məlumata görə, onların Mingəçevir şəhər sakinləri Natiq Qənbərov, Sərxan Nəsirov, Vüsal İsmayılov, Nicay Quliyev və Məhəmməd Abdullayev olduqları məlum olub. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib olunub və cərimə ediliblər.