Müdafiə Nazirliyinin xüsusi xidməti müşavirəsi keçirilib
Foodinfo.az xəbər verir ki, oktyabrın 6-da Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xüsusi xidməti müşavirə keçirilib.
Müşavirədə aparılan əks-hücum əməliyyatında hazırda mövcud olan vəziyyət təhlil olunaraq düşmən qüvvələrinin planlı, məqsədyönlü və ardıcıl darmadağın edilməsinin davam etdirilməsi tapşırılıb.
Müdafiə naziri qoşunlara azad olunmuş ərazilərdə həyati əhəmiyyətli və ilkin zəruri tədbirlərin görülməsinə göstəriş verib.
Müdafiə naziri düşmən tərəfindən “İsgəndər” əməliyyat-taktiki raket komplekslərinin tətbiq olunacağı halda adekvat tədbir görüləcəyini bildirib. Nazir Azərbaycan Ordusuna arsenalındakı yüksək dəqiqlikli və böyük dağıdıcı qüvvəyə malik silah növlərini tətbiq etməklə düşmən tərəfinin hərbi-strateji infrastrukturuna böyük zərbələr endirməyi planlaşdırmağı əmr edib.
_____
Son xəbərlər
- Maddələr mübadiləsinin sürətini artıran və arıqlamağı asanlaşdıran qidalar
- Dondurulmuş çörəyin faydaları nələrdir?
- Azərbaycanlı qida mütəxəssisi Mərakeşdə festivalda iştirak edib
- Yuxu üçün ən yaxşı və ən pis qidalar
- Hər kəsin evində olan bu tərəvəzləri yeməmək daha yaxşıdır
- Bədənin normal işləməsi üçün nə qədər su içmək lazımdır?