"Bu uşaq nə vaxt boy atacaq?", "Deyəsən, uşaq artıq boy atmaq istəmir, mənim kimi balacaboy qalacaq", "Bu uşaq uzana-uzana hara gedir, uzundraz olacaq?” və.s
Qadının hamilə olduğunu bilən bütün ailə üzvləri və yaxınları həsrətlə uşağın anadan olmasını gözləyir. Valideynləri ən çox uşağın kimə oxşayacağı, gözlərinin hansı rəngdə olacağı kimi suallar düşündürməyə başlayır. Uşaq doğulduqdan sonra başqa suallar və yeni qayğılar əlavə olunur. Anaları ən çox narahat edən mövzulardan biri də uşağın boyunun uzun və balaca olmasıdır.
Uşaqların boyunun neçə sm olacağını bilmək mümkündür. Türkiyəli pediatr Süha Ünüvar uşağın boyunu müəyyən edən düsturu açıqlayıb.
Qız uşaqlarının boyu necə hesablanır?
Düstur: Ananın boyu + atanın boyu / 2 – 6
Məsələn, ananın boyu 165 sm, atanın boyu 175 sm-dirsə, qızın boyu 164 sm olacaq.
(165+175):2-6=164
Oğlan uşaqlarının boyu necə hesablanır?
Düstur: Ananın boyu + atanın boyu/ 2 + 6
Məsələn, ananın boyu 165 sm, atanın boyu isə 175 sm-dirsə, uşağın boyu 176 sm olacaq.
(165+175):2+6=176
Mühüm qeydlər: Məlum olduğu kimi normal insanın boyunun uzanması genetik və hormonal quruluşundan, o cümlədən qidalanma və məşq kimi bir çox xarici amillərin təsirindən asılıdır. Uşağın səhhətində heç bir problem yoxdursa, düstur adətən dəqiq çıxır. Lakin uşağın səhhətində müəyyən problemlər olduqda və ya yaxşı qidalanmadıqda birbaşa boyun uzanmasına təsir göstərir və bu zaman düstur dəqiq olmaya bilər.
Publika.az