Payız mövsümündə orqanizm bir çox problemlərlə üzləşməli olur ki, şaftalının tərkibindəki vitamin və minerallar onların öhdəsindən gəlməyə kömək edə bilər.

Foodinfo.az xəbər verir ki, diyetoloq və dərmansız müalicəsi üzrə mütəxəssis Janna Tixanıçeva bu meyvənin faydalarından danışıb.

Onun sözlərinə görə, çaftalının tərkibində dərinizin gözəlliyini və sağlamlığını qorumağa kömək edən A vitamini var. Həmçinin, şaftalı soyuq havaların başlaması ilə zəifləyən immuniteti gücləndirir.

Bu meyvə mədə-bağırsaq traktı üçün faydalı olan liflə, görməni gücləndirən lütein və zeaksantinlə, eləcə də ürək-damar sistemi üçün faydalı olan polifenollar və kaliumla  zəngindir. Ona görə də mütəxəssis səhər yeməyindən sonra desert kimi və ya ara öyündə atışdırmalıq kimi 1-2 şaftalı yeməyi məsləhət görür.